Xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.
Bildirilib ki, Elektron Müraciət Sistemi (EMS) vasitəsilə agentlik tərəfindən həyata keçirilir:
"EMS-in daha effektiv işləməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə sözügedən sistemdə mütəmadi olaraq texniki işlər aparılır. Bu baxımdan, EMS vasitəsilə ərizələrin qəbulu bu il dekabrın 16-dan gələn il yanvarın 1-dək dayandırılacaq. Ərizəçilərdən bunu nəzərə almaları və ən geci dekabrın 16-dək müraciət etmələri xahiş olunur".
Bakı 



