"M2 - Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 15-117-ci kilometrlik hissəsində bir müddətdir ki, təmir işləri icra olunur".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusunu cavab olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
"Təmirlə əlaqədar olaraq, hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdirilir. Müvəqqəti dəyişiklik təmir işləri başa çatanadək qüvvədə olacaq. Tikinti aparılan ərazidə nəqliyyatın hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil edilir.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazilərdə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur", - məlumatda deyilir.
***
20:37
Hazırda Bakı–Ələt-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində uzunmüddətli tıxac müşahidə olunur.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, sürücülər bildirirlər ki, yolda nəqliyyatın hərəkəti demək olar dayanıb və kilometrlərlə avtomobil növbəsi yaranıb.
Tıxacın səbəbləri hələlik məlum deyil.
Görüntüləri təqdim edirik:
Əli Hüseynov
Bakı 






