80 mindən çox müəllim sertifikatlaşdırma imtahanlarında iştirak edib.
Bakıvaxtı.az xəbər verir ki, bunu media üçün keçirilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazirin sözlərinə görə, sertifikatlaşdırma prosesi 2022–2026-cı illəri əhatə edir və bəzi mərhələlər artıq yekunlaşıb.
O bildirib ki, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dili müəllimlərinin sertifikatlaşdırılması tam başa çatıb.
Həmçinin qeyd edib ki, 2022–2025-ci illər ərzində keçirilmiş imtahanlarda ümumilikdə 80 mindən çox müəllim iştirak edib.
“Sertifikatlaşdırma prosesində bütün fənlər üzrə birinci mərhələ tamamlanıb”, – deyə Nazir əlavə edib.
Mina Mikayılova