• Bakı 22° C

    15.14 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.0295

Qəbələdə avtomobil ağaca çırpıldı, ölən və yaralanan var

HADİSƏ

11 Sentyabr 2025 | 09:02

Qəbələdə avtomobil ağaca çırpıldı, ölən və yaralanan var

Qəbələdə yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Bakıvaxtı.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir.

Məlumata görə, hadisə Zarağan kəndində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılıb, nəticədə sürücü və sərnişin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1989-cu il təvəllüdlü Səmədov Elşən Əli oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Həmçinin, xilasedicilər şəxsiyyəti məlum olmayan sərnişinin meyitini çıxaraq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


SON XƏBƏRLƏR

10 Sentyabr 2025