Bakıda avtomobilin vurduğu 57 yaşlı kişi 19 gün sonra ölüb.
Bakıvaxtı.az xəbər verir ki, sentyabrın 21-də paytaxtın Nizami rayonu, B.Nuriyev küçəsində Ordubad rayon sakini, 1994-cü il təvəllüdlü Sadiq Şükür oğlu Əsgərov idarə etdiyi "Hyundai" markalı 77 MG 064 N-li avtomobillə yolu keçən Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Füzuli Həsən oğlu Məmmədovu vurub.
Xəstəxanaya yerləşdirilən F.Məmmədov oktyabrın 9-da orada ölüb.
Faktla bağlı araşdırma aparılır.