• Bakı 10° C

    5.07 m/s

  • USD - 1.7

    EUR - 1.9767

    RUB - 2.1982

Arvadını güllələyən müharibə iştirakçısı həbs edildi

HADİSƏ

07 Noyabr 2025 | 19:01

Arvadını güllələyən müharibə iştirakçısı həbs edildi

Şamaxı rayonunda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Vətən müharibəsinin iştirakçısı həbs edilib.

Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, bu gün Şamaxı Rayon Məhkəməsində Pərviz Tağıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Təqdimat təmin edilib və P.Tağıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, noyabrın 6-da səhər saatlarında Şamaxı şəhər sakini Gültəkin Eynalova odlu silahla qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı əvvəllər polis şöbəsində polis nəfəri kimi xidmət etmiş, lakin bir müddət öncə öz arzusu ilə xidmətdən xaric olunmuş P.Tağıyev saxlanılıb. İlkin araşdırmalarla hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

P.Tağıyev Vətən müharibəsinin iştirakçısı olub.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.


SON XƏBƏRLƏR

10 Dekabr 2025