• Bakı C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Biləsuvardakı qəzada ölənlərin ikisi qardaşdır - YENİLƏNİB

HADİSƏ

07 Dekabr 2025 | 11:14

Biləsuvardakı qəzada ölənlərin ikisi qardaşdır - YENİLƏNİB

Biləsuvarda qəzada ölənlərin ikisi qardaşdır.

    Bakıvaxtı.az-ın xəbərə görə, kanala aşan “Lexus" markal; minik avtomobilində yaxın qohumlar və dostlar – sürücü 2003-cü il təvəllüdlü Vasif Həsənli və sərnişinlər 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli və 2007-ci il təvəllüdlü Əliqardaş Rəsulzadə olub.

    Qəza nəticəsində həyatını itirən Vasif Həsənli və Rusif Həsənli qardaşdırlar.

    Qəzanın bəzi təfərrüatları da məlum olub. Hadisə gecə saat 2 radələrində baş verib. Maşındakılardan biri Biləsuvar rayonunun Bəydili kəndinə gedirmiş. Yolda hərəkətdə olarkən sürücü sərt döngədə idarəetməni itirərək kanala aşıb. Qəza nəticəsində 4 nəfər hadisə yerində ölüb. Bir nəfər xəstəxanaya hospitalizasiya olunub. Buna baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    11:05

    Dekabrın 7-də saat 2 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan apa-nın cənub bürosuna sorğusuna cavab olaraq bildirilib.

      Qeyd edilib ki, V. Həsənlinin idarə etdiyi "Lexus" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun kənarından keçən su kanalına aşıb. Nəticədə sürücü və avtomobildə olan 4 nəfər sərnişin ölüb.
      Araşdırma aparılır.

      ***

      09:45

      Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

        Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində baş verib.

        Gecə saatlarında kənddə yolda idarəetmədən çıxan "Lexsus" markalı minik avtomobili kanala aşıb. Nəticədə maşında olan 5 nəfər suda boğularaq ölüb.

        Faktla bağlı araşdırma aparılır.


        SON XƏBƏRLƏR

        06 Dekabr 2025