• Bakı C

    1.89 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.1063

10,5 kiloqram narkotik vasitə və çox sayda silah-sursat aşkarlandı

HADİSƏ

06 Yanvar 2026 | 10:40

10,5 kiloqram narkotik vasitə və çox sayda silah-sursat aşkarlandı

Yanvarın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 1 qumbara, 12 alışdırıcı, 16 tüfəng, 23 patron darağı və 155 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Həmçinin bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 5-də ümumi çəkisi 10,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.


SON XƏBƏRLƏR