• Bakı C

    12.31 m/s

  • USD - 1.7

    EUR - 2.012

    RUB - 2.2055

Rabitə kabellərini oğurladılar

HADİSƏ

04 Fevral 2026 | 16:48

Rabitə kabellərini oğurladılar

Paytaxtın Sabunçu rayonu ərazisində 1260 metr rabitə kabeli naməlum şəraitdə oğurlanıb.

Bakıvaxtı.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 35 yaşlı H.Quliyev saxlanılıb.

Zabrat qəsəbəsində isə vətəndaşlardan birinin həyətindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 63 yaşlı A.Abaşov saxlanılıb. Onun gecə saatlarında həmin evə daxil olmağa cəhd göstərdiyi, lakin qapını aça bilmədiyi üçün elə həyətdə olan məişət əşyalarını oğurlamaqla kifayətləndiyi müəyyən olunub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR