• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gəncədə "VAZ" BYD ilə toqquşdu - FOTO

HADİSƏ

06 Yanvar 2026 | 10:32

Gəncədə "VAZ" BYD ilə toqquşdu - FOTO

Gəncə şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb.

Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, 6 yanvar gecə saat 01.00 radələrində hərəkətdə olan “VAZ-2107” markalı avtomobil BYD ilə toqquşub. Zərbənin təsirindən "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə Vahid Zeynalov və Xəyal Atayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Xəstəxanadan verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.


Gəncədə "VAZ" BYD ilə toqquşdu - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026