• Bakı 17° C

    6.01 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Yeznə qaynını döyərək xəstəxanalıq etdi

HADİSƏ

08 Noyabr 2025 | 08:38

Yeznə qaynını döyərək xəstəxanalıq etdi

Şamaxıda kişi qaynını döyüb.

Bakıvaxtı.az  oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Həmyəli kəndində baş verib. Kənd sakini Cəmil Qafarlı evdə həyat yoldaşı ilə mübahisə edib. Mübahisədən Cəmilin qayını Beydulla xəbər tutub və o, yeznəsi ilə bu barədə söhbət etmək istəyib. Beydulla bu məqsədlə Cəmilə zəng vuraraq, onu görüşə çağırıb. O, Cəmilə kənddəki "Tayva" adlanan əraziyə gəlməsini istəyib, Cəmil də razı olub. Axşam saatlarında Cəmil həmin əraziyə gəlib və Beydulla ilə görüşüb. Beydulla ona bacısını incitməməyi tapşırıb və buna görə ona irad tutub. Cəmil isə Beydullaya öz işi ilə məşğul olmasını, onun ailə işlərinə qarışmamasını tövsiyə edib. Bu vaxt Beydulla Cəmilə hücum edərək, onun yaxasından tutub, vurmaq istəyib. Cəmil bu zaman onun ağız və sifətindən vurub. Nəticədə Beydullanın ağızı və çənə nahiyəsi partlayıb, huşunu itirib. O, xəstəxanaya yerləşdirilib və əməliyyat edilib.

Hadisə yerinə polis əməkdaşları gəlib, Cəmil Qafarlı saxlanılıb.

Faktla bağlı cinayət işi başlayıb və iş məhkəməyə göndərilib.

Şamaxı Rayon Məhkəməsində keçirilən prosesdə yeznə ilə qayın barışdığı üçün cinayət işinə xitam verilib


SON XƏBƏRLƏR

07 Noyabr 2025