• Bakı 9° C

    1 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

34 yaşlı qadını maşın vurdu

HADİSƏ

07 Dekabr 2025 | 19:04

34 yaşlı qadını maşın vurdu

Xaçmazda minik avtomobili piyadanı vurub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Xaçmaz-Quba yolunun Xaçmaz rayonunun Yergüc kəndi ərazisindən keçən hissəsində baş verib.

Yolu keçən 34 yaşlı Yergüc kənd sakini İbadova Günay Cavanşir qızı minlik avtomobili ilə vurulub. Ağır xəsarətlər alan yaralı təcili tibbi yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırıb.

Yaralıya müvafiq tibbi yardım göstərilib, həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026