Xırdalanda 33 yaşlı kişi dəm qazından zəhərlənib.
Bakıvaxtı.az xəbər verir ki, yanvarın 5-i saat 22 radələrində Xırdalan şəhər sakini 1993-cü il təvəllüdlü Turan İlham oğlu Xəlilli yaşadığı evdə dəm qazından ölüb.
Araşdırmalar aparılır.
***
09:38
Abşeronda kişi meyiti aşkarlanıb.
Bakıvaxtı.az xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” Y/M, Osman Sarıbəyli küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış 02.04.1993-cü il təvəllüdlü Xəlilli Turan İlham oğlu 5 yanvar saat 21 radələrində qohumları tərəfindən yaşadığı evin yataq otağında ölmüş vəziyyətdə aşkar edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.
Bakı 




