Mehdiabad qəsəbəsində 60 yaşlı kişinin öldürülməsi ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Bakıvaxtı.az-a Abşeron rayon Prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, oktyabrın 9-da Abşeron rayonu ərazisində 1965-ci il təvəllüdlü Maşallah Cəfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1968-ci il təvəllüdlü Eldar Məmmədovun bıçaqla xəsarət yetirərək Maşallah Cəfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Eldar Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
***
12:13
Abşeronda qətl hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə gecə saatlarında Mehdiabad qəsəbəsində "Binəqədi Gənclər Şəhərciyi"ndə baş verib.
Belə ki, 1965-ci il təvəllüdlü kişi naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya aparılırarkən yolda ölüb.
Hadisəni törətdən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.