İsveç hökuməti Myanmaya iqtisadi yardımı mərhələli şəkildə dayandırmaq qərarına gəlib.
Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, bu barədə hökumət kanslerliyi məlumat yayıb.
Xarici Ticarət və Beynəlxalq İnkişaf üzrə Əməkdaşlıq naziri Benjamin Dous bildirib ki, Myanmada hərbi xuntanın hakimiyyətə gəlməsi fonunda İsveç ilə inkişaf sahəsində əməkdaşlıq şərtləri pisləşib. Bu sahədə İsveç yaxşı və davamlı nəticələr əldə etmək imkanı olan ölkələrlə əməkdaşlıq edir. Bu qərarla hökumət Ukraynaya daha da fəal dəstək üçün bir sıra siyasətləri mərhələli şəkildə ləğv etmək üzərində işləməyə davam edir.
Qeyd edək ki, Myanma üçün inkişaf əməkdaşlıq strategiyası 2024-2026-cı illəri əhatə edir. İsveç hökumətinin qərarına əsasən, o, 2026-cı il iyunun 30-dan gec olmayaraq dayandırılmalıdır. Beynəlxalq İnkişaf Əməkdaşlıq Şurasının Myanma üçün 2025-ci il üçün büdcəsi 18,7 milyon dollar və 2026-cı il üçün 15 milyon dollar təşkil edib.
Gülşən Şərif