ABŞ Prezidenti Donald Tramp 1 noyabr tarixindən etibarən Çindən idxal olunan mallara hazırkı tariflərə əlavə olaraq 100 faiz gömrük rüsumu tətbiq ediləcəyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, o, həmçinin bütün kritik proqram təminatlarına ixrac nəzarəti qoyulacağını bildirib.
Tramp Çinin demək olar ki, bütün məhsullara ixrac məhdudiyyəti tətbiq etməklə “düşməncəsinə” addımlar atdığını vurğulayıb.
Bildirək ki, ABŞ lideri noyabrda keçiriləcək APEC Zirvəsində Çin Prezidenti Si Cinpinlə görüşü hələlik ləğv etmədiyini də qeyd edib.
Əli Hüseynov