• Bakı 20° C

    1.13 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

ABŞ əsgərləri atəşkəsə nəzarət etmək üçün İsrailə gedib

DÜNYA

11 Oktyabr 2025 | 12:44

ABŞ əsgərləri atəşkəsə nəzarət etmək üçün İsrailə gedib

ABŞ əsgərləri Qəzzada atəşkəsə nəzarətdə koordinasiya mərkəzi yaratmaq üçün İsrailə gedib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Məlumata görə, nəqliyyat, planlaşdırma, logistika, təhlükəsizlik və mühəndislik sahələrində ixtisaslaşmış 200 əsgər İsrailə göndərilib.

Nəşr qeyd edib ki, əsgərlər digər ölkələrin, özəl sektorun və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birgə çalışacaqlar.

Həmçinin ABŞ əsgərlərinin Qəzzaya girməyəcəyi bildirilib.

Koordinasiya mərkəzi humanitar, maddi-texniki və hərbi-təhlükəsizlik yardımının geniş koordinasiyasını tələb edən sülhə gedən yolda ilk addım kimi həyata keçiriləcək.

Mina Mikayılova


SON XƏBƏRLƏR

10 Oktyabr 2025