Ukrayna ölkənin müxtəlif rayonlarına buraxılmış Rusiyaya məxsus onlarla pilotsuz uçuş aparatını (PUA) vurub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli KİV Ukrayna Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.
"İlkin məlumatlara görə, hava hücumundan müdafiə tərəfindən ölkənin şimalında, cənubunda və şərqində "Shahed", "Gerbera" tipli və digər növ dronlardan ibarət 54 düşmən PUA-sı vurulub", - məlumatda bildirilib.
Eyni zamanda, KİV Odessaya dron hücumları nəticəsində şəhərdə elektrik və su təchizatı ilə bağlı problemlərin qeydə alındığını yazıb.
Hücumlar nəticəsində bir nəfər xəsarət alıb.