• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Direktor müavininin meyiti kanaldan tapıldı

HADİSƏ

11 Sentyabr 2025 | 10:50

Direktor müavininin meyiti kanaldan tapıldı

Bərdə rayonunda kanaldan orta yaşlı qadın meyiti tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, meyit sentyabrın 9-u saat 09 radələrində Qarabağ kanalının Alpout kəndinin ərazisindən keçən hissəsində aşkarlanıb.

Ölən şəxsin həmin kəndin 1980-ci il təvəllüdlü sakini Sevinc Əli qızı Vəliyeva olduğu müəyyənləşib.

Tərtər Rayon H.Hüseynov adına Mamırlı kənd orta məktəbində direktorun təşkilati işlər üzrə müavini olan S.Vəliyevanın hansı şəraitdə kanala düşərək öldüyü məlum deyil.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026