• Bakı 20° C

    2.78 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Manaf Ağayevin oğlu işdən çıxarıldı - SƏBƏB

CƏMİYYƏT

11 Sentyabr 2025 | 10:30

Manaf Ağayevin oğlu işdən çıxarıldı - SƏBƏB

Tanınmış müğənni Manaf Ağayevin oğlu Elçin Ağayev Bakı Sağlamlıq Mərkəzindəki vəzifəsindən kənarlaşdırılıb.

Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, Elçin Ağayev üç ay öncə Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzində direktorun məsləhətçisi vəzifəsinə təyin olunmuşdu.

Qeyd edək ki, bir neçə gün öncə bəzi KİV-lərdə yazıldığı kimi, burada “direktorun müşaviri” vəzifəsi yoxdur, Elçin Ağayevin təyin olunduğu vəzifə “direktorun məsləhətçi” postu olub.

Manaf Ağayevin oğlu bu postda cəmi üç ay işləyib və sentyabr ayında işdən çıxarılıb. Onun işdən çıxarılma səbəbi etimadı doğrultmamasıdır.

Qeyd edək ki, Elçin Ağayev daha əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Monitorinq və Daxili Təhqiqat Departamentinin müdiri vəzifəsində çalışıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026