• Bakı 24° C

    15.14 m/s

  • USD - 1.7

    EUR - 1.9888

    RUB - 2.0028

Bəzi məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ

CƏMİYYƏT

11 Sentyabr 2025 | 11:42

Bəzi məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ

F1 tədbiri zamanı dərslər bəzi məktəblərdə gecikdirilə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu media üçün keçirilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib. Nazir deyib ki, Bakıda böyük tədbirlər zamanı təhsil müəssisələrində dərslər adətən 3–5 gün gec başlayır:

“Bütün universitetlərdə dərslərin F1 tədbirinə görə onlayn başlaması məntiqli deyil. Məsələn, İqtisad Universitetində dərslər onlayn ola bilər, amma Aqrar Universitetin Formula1 ilə əlaqəsi yoxdur”.

O qeyd edib ki, bəzi məktəblər Formula1 ərazisində yerləşdiyi üçün dərslər onlayn keçirilə bilər:

“Biz həmin müəssisələrin siyahısını açıqlayacağıq”.

Mina Mikayılova


SON XƏBƏRLƏR