• Bakı 22° C

    15.14 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.0295

Ağcabədidə ana doğuş zamanı ölüb, körpəsi xilas edilib - YENİLƏNİB

HADİSƏ

11 Sentyabr 2025 | 12:28

Ağcabədidə ana doğuş zamanı ölüb, körpəsi xilas edilib - YENİLƏNİB

Ötən gün Ağcabədidə dünyaya gələn körpə tibb müəssisəsindədir və vəziyyəti stabil olaraq qiymətləndirilir.

Bakıvaxtı.az cəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata əsasən, 2005-ci il təvəllüdlü hamilə dəqiqləşdirilməmiş preeklampsiya diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Hamiləliyinin 37-ci həftəsində olan pasiyent 15 dəqiqə ərzində müvafiq müayinə olunduqdan sonra stabilləşdirilərək, təxirəsalınmaz əməliyyata alınıb və boyu 47 sm, çəkisi 2 200 qram olan körpə (kişi) dünyaya gəlib. Əməliyyatdan sonrakı dövrdə ananın ürək fəaliyyəti dayandığından müvafiq reanimasiya tədbirlərinə başlanılıb. Həkimlərin çoxsaylı səylərinə və göstərilən yardımlara baxmayaraq qadının bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşriş olunması üçün Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi"nə təhvil verilib. Hadisə ilə əlaqəli Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.

***

10:05

Ağcabədi rayonunda ana doğuş zamanı həyatını itirib.  

Bakıvaxtı.az xəbər verir ki, "Report"un əldə etdiyi xəbərə görə, rayonun Avşar kənd sakini, 2005-ci il təvəllüdlü Şərqiyyə Qasımova doğuş zamanı ölüb. Onun dünyaya gətirdiyi körpə (oğlan) isə xilas edilib 

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

10 Sentyabr 2025