MTN generalı Nizami Şirinov azadlığa çıxıb.
Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, o, saxlandığı 9 saylı cəzaçəkmə müəssisəsindən oktyabrın 7-də cəza müddətinin bitməsi ilə əlaqədar azad edilib.
Qeyd edək ki, N.Şirinov MTN Akademiyasına qəbuldan tutmuş, orduda vəzifəyə təyinata qədər hər addımı pulla həll edib. Məhkəmədə sübuta yetirilib ki, Nizami Şirinov zərərçəkmiş şəxslərdən – Dilşad Aslanovdan 80 min dollar, ehtiyatda olan polkovnik Mirzəli Yusifovdan 315 min dollar, Vüqar Ağayevdən 1 milyon 857 min manat dəyərində əmlak, Emin Abbasovdan 200 min manat və 50 min dollar, Rahib Ağayevdən isə 150 min dollar alıb. Məhkəmə onun general-mayor rütbəsindən məhrum edilməsi barədə Prezidentə təqdimat göndərib, 180 min manatlıq əmlakının müsadirəsinə qərar verib.
Xatırladaq ki, Nizami Şirinov 8 il azadlıqdan məhrum edilmişdi.