• Bakı 17° C

    5.26 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Türkiyədə 52 miqrant qaçaqmalçısı və 666 qeyri-qanuni miqrant saxlanıldı

CƏMİYYƏT

11 Sentyabr 2025 | 09:38

Türkiyədə 52 miqrant qaçaqmalçısı və 666 qeyri-qanuni miqrant saxlanıldı

Türkiyədə 81 vilayətdə aparılan əməliyyatlar zamanı 52 miqrant qaçaqmalçısı və 666 qeyri-qanuni miqrant saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, ölkənin Daxili işlər naziri Əli Yerlikayanın sözlərinə görə, yoxlamalar zamanı 402 mindən çox insanın şəxsiyyəti yoxlanılıb.

O, saxlanılan qeyri-qanuni miqrantların ölkələrinə geri qaytarılması üçün prosedurların başladığını vurğulayıb.

Nazir həmçinin əməliyyatda iştirak edən polis, jandarm, sahil mühafizəsi və miqrasiya xidməti əməkdaşlarına təşəkkür edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

26 Oktyabr 2025