• Bakı 22° C

    15.27 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.0295

Əfqanıstanda nazir və vilayət rəhbərinin helikopteri dağa çırpıldı

DÜNYA

10 Sentyabr 2025 | 22:57

Əfqanıstanda nazir və vilayət rəhbərinin helikopteri dağa çırpıldı

Əfqanıstanın mədən və neft naziri Hidayətullah Bədri və Qor vilayətinin qubernatoru Həyatullah Mübarəkin olduğu helikopter qəzaya uğrayıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mübarəkin mətbuat katibi Rasas Bədri məlumat yayıb.

"Helikopter Qor vilayətinin Tulak rayonunun Nalbəndan bölgəsində qəzaya uğrayıb. Heç kim xəsarət almayıb", - deyə o bildirib. 

Qubernatorun mətbuat katibinin sözlərinə görə, qəzaya vertolyotun texniki nasazlığı səbəb olub. Badri qeyd edib ki, nazir və qubernator hadisə baş verən rayondakı qurğuşun mədəninə baş çəkməyi planlaşdırıblar.

Helikopterin dağa çırpıldığı bildirilir. 


SON XƏBƏRLƏR

10 Sentyabr 2025