• Bakı 16° C

    2.5 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Almaniya Ukraynaya yeni hava hücumundan müdafiə sistemləri göndərəcək

DÜNYA

10 Oktyabr 2025 | 21:22

Almaniya Ukraynaya yeni hava hücumundan müdafiə sistemləri göndərəcək

Almaniyanın "Rheinmetall" konserni Ukraynaya "Leopard 1" tankı bazasında "Skyranger 35" hava hücumundan müdafiə sistemləri (HHM) göndərəcək.

Bakıvaxtı.az vesti.ru-ya istinadla xəbər verir ki, o bunu Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan vəsait hesabına həyata keçirəcək.

Şirkətin mətbuat xidmətinin məlumatında deyilir ki, hərbi sifarişin dəyəri "üçrəqəmli milyonlarla avro həcmindədir".

Silah təchizatı Rusiya aktivləri hesabına Avropa İttifaqı ölkələrindən biri tərəfindən maliyyələşdirilir.

Partiyanın həcmi barədə heç bir məlumat verilmir.

Bundan əvvəl İsveçin maliyyə naziri Elizabet Svantesson bildirib ki, onun ölkəsi Avropa İttifaqını dondurulmuş Rusiya aktivlərini Kiyev rejiminə yardıma yöndəndirilməsinə inandırmaq niyyətindədir.

Rusiya Federasiyası Prezidentinin sözçüsü Dmitri Peskov isə öz növbəsində bəyan edib ki, onun ölkəsi Qərbdə Rusiya aktivlərini qanunsuz ələ keçirilməsinin təşəbbüskarlarını və bu işin icraçılarını təqib edəcək.


SON XƏBƏRLƏR