“1999-cu ildə ölkəmizdə vəkillərin sayı təxminən 300 idi. Son 25 ildə isə vəkillərin sayı xeyli artıb”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Onun sözlərinə görə, Azərbaycan gəncləri vəkillik peşəsinə maraq göstərirlər:
“Düzdür, vəkillərin sayı hələ də bizi tam qane etmir. Razıyam ki, sayı azdır və artırılmalıdır”.
Anar Bağırov əlavə edib ki, bu məsələnin kökündə duran əsas problem ölkədə hüquqşünasların azlığıdır:
“Biz çalışmalıyıq ki, ən savadlı və təhsilli insanlar vəkil olsunlar. Eyni zamanda vəkillərin peşə hazırlıqlarını daim artırmasını və keyfiyyətli hüquqi yardım göstərməsini təmin etməliyik”.
Mina Mikayılova