• Bakı 18° C

    7.36 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Prezident MDB liderlərinin geniş tərkibdə iclasında iştirak edib  - YENİLƏNİB - FOTOLAR

SİYASƏT

10 Oktyabr 2025 | 13:27

Prezident MDB liderlərinin geniş tərkibdə iclasında iştirak edib  - YENİLƏNİB - FOTOLAR

Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Tədbirdə Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedev və Birliyin MDB İnsan hüquqları komissiyasının sədri, Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova çıxış ediblər.

Sonra tədbirin yekun sənədləri imzalanıb.

İclasda Tacikistan Prezidenti Emoməli Rəhmona "Humanitar əməkdaşlığın inkişafında xidmətlərə görə" medalı təqdim olunub.

***

13:07

Bu dəqiqələrdə Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir.

Bakıvaxtı.az  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.


SON XƏBƏRLƏR