Belarus prezidenti Aleksandr Lukaşenko dekabrda MDB dövlət başçılarının qeyri-rəsmi görüşünə dəvət alan kimi mütləq iştirak edəcək.
Bakıvaxtı.az "Belta"ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Natalya Eysmont Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində bildirib.
O, bildirib ki, Lukaşenkonun MDB liderlərinin qeyri-rəsmi görüşündə iştirakı çoxdankı ənənədir.
"Əgər dəvət gəlsə, biz onu mütləq qəbul edəcəyik", - Eysmont bildirib.
Gülşən Şərif