• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Güclü tornado 750 nəfəri yaraladı

DÜNYA

09 Noyabr 2025 | 15:44 | Müəllif: Subhan Mahmudov

Güclü tornado 750 nəfəri yaraladı

Braziliyanın Parana ştatında baş verən güclü tornado böyük dağıntılara səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, yerli hakimiyyətin məlumatına görə, Rio-Bonito-du-Iquaçu şəhərində infrastrukturun 80%-dən çoxu sıradan çıxıb.

Təbii fəlakət nəticəsində 750 nəfər xəsarət alıb, bir çox yaşayış evləri, məktəblər və ictimai binalar dağılıb. Şəhərdə elektrik və rabitə xətləri də zədələnib, bölgədə fövqəladə vəziyyət elan olunub.

Xilasetmə qrupları və ordu hazırda dağıntılar altında qalan insanların axtarışı və zərərçəkənlərə yardım işlərini davam etdirir. Şəhərə əlavə tibbi briqadalar və humanitar yardım göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026