"Litva ilə münaqişəyə gəlincə, heç kim iki ölkə arasında münaqişənin qızışdırılmasına nail ola bilməyəcək".
Bakıvaxtı.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.
"Əgər onlar (Litvadakı və Qərbdəki qüvvələri nəzərdə tutur - red.) burada hansısa münaqişəyə başlamağa çalışsalar, çətin ki, uğur qazansınlar. Biz həmişə Litva xalqı ilə polyaklarla olduğu kimi razılığa gələcəyik. Onlar bizim xalqımızdır", - Belarus lideri vurğulayıb.
"Əgər siz normal münasibətlər istəyirsinizsə, danışıqlar masasına oturun və əməkdaşlıq məsələlərini müzakirə edin. Biz buna hazırıq. Başqa variant yoxdur. Və çətin ki, ola bilsin", - Lukaşenko Vilnüsə çağırış edib.
Bakı 



