"ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyası Avropa İttifaqına (Aİ) qarşı "siyasi müharibə" elanıdır".
Bakıvaxtı.az xəbər verir ki, bunu Aİ-nin keçmiş xarici işlər naziri Josep Borrell deyib.
"ABŞ-nin vitse-prezidenti J.D. Vens Münxendə ABŞ Prezidenti Donald Trampın Milli Təhlükəsizlik Strategiyası səviyyəsinə qaldırdığı Avropaya qarşı nifrəti artıq açıq şəkildə ifadə etdi. Bu, Aİ-yə "siyasi müharibə" elanıdır. O, ayrı-ayrı ölkələrə bölünmüş, tələblərinə baş əyən Avropa istəyir", - Borrell qeyd edib.
Bakı 



