• Bakı 12° C

    0.76 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ov mövsümü açıq elan edilib

CƏMİYYƏT

10 Oktyabr 2025 | 13:52

Ov mövsümü açıq elan edilib

Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

    İclasda bu gündən etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib.

    Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, Ov Məsələləri üzrə Koordinasiya Şurasının iclasında ov mövsümünün 1 dekabr 2025-ci il tarixinədək açıq elan olunmasına və təbiətdə baş verən proseslərin dinamikasının izlənilməsinə qərar verilib.

    A.Babayevanın sözlərinə görə, monitorinqlərin nəticəsindən asılı olaraq ov mövsümünün müddətinin uzadılıb-uzadılmaması məsələsinə növbəti aylarda baxılacaq: “Ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları ilə bağlı məlumatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Elanlar” bölməsində yerləşdirilib. Ov mövsümündə vətəndaşları qanunlara riayət etməyə və qanunsuz ov hallarına yol verməməyə çağırırıq”.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    10 Noyabr 2026