• Bakı 14° C

    5.38 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Zəfər muzeyi bu tarixlərdə ödənişsiz olacaq!

CƏMİYYƏT

09 Noyabr 2025 | 11:16

Zəfər muzeyi bu tarixlərdə ödənişsiz olacaq!

Bakıda 8 noyabr tarixində açılışı olan Zəfər Muzeyi bu gündən ziyarətçilərin istifadəsinə verilib.

Bakıvaxtı.az xəbər verir ki, ölkə başçısı İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq ziyarətçilər Şanlı Zəfər tarixinin əbədiləşdirildiyi muzeylə 9-11 noyabr tarixlərində ödənişsiz qaydada tanış ola bilər.

Zəfər muzeyinə olan böyük maraq və ziyarətçi axını nəzərə alınaraq hər bir kəsin rahat keçidinin təminatı üçün muzeyin girişində növbə sistemi yaradılacaq.

Noyabrın 12-dən etibarən isə muzey bilet sistemi ilə fəaliyyət göstərəcək və bazar ertəsi istisna olmaqla digər günlər saat 11:00-dan 18:00-dək açıq olacaq.

Azərbaycan vətəndaşları üçün biletlərin qiyməti: 

Məktəb yaşlı uşaqlar - ödənişsiz, tələbələr üçün - 1 AZN, böyüklər üçün - 5 AZN;

Xarici ölkə vətəndaşları üçün:

Uşaqlar – 6 AZN, böyüklər – 15 AZN

Şəhid ailələri, müharibə iştirakçıları, hərbi qulluqçular və I, II qrup əlilliyi olan vətəndaşların muzeyə ziyarəti isə ödənişsiz qaydada olacaq.


SON XƏBƏRLƏR

08 Noyabr 2025