• Bakı 10° C

    8.57 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.2222

Güllələnən Nicat bu şəxsin oğlu imiş - FOTO

CƏMİYYƏT

09 Dekabr 2025 | 09:59

Güllələnən Nicat bu şəxsin oğlu imiş - FOTO

Dünən paytaxtın Nizami rayonu ərazisində mənzildə güllələnmiş meyiti tapılan Nicat Quliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) əməkdaşı imiş.

Bakıvaxtı.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Nicat Agentlikdə məsul vəzifələrdən birini tutub.

Mərhumun anası Mətanət Quliyeva isə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidenti akademik İsa Həbibbəylinin baldızıdır. Filologiya üzrə fəlsəfə doktoru olan M.Quliyeva Naxçıvan Dövlət Universitetinin dosenti və kafedra müdiridir.

Hadisəyə gəlincə, Nicat Quliyevin özünə silahla atəş açaraq həyatına qəsd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

08 Dekabr 2025