• Bakı C

    11.65 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Sevinc Kərimova medal alan gün öldü

CƏMİYYƏT

07 Yanvar 2026 | 23:27

Sevinc Kərimova medal alan gün öldü

Əfsanəvi "Karvan" qrupunun yaradıcılarından biri olan Sevinc Kərimova vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə aparıcı Leyla Quliyeva sosial şəbəkədə məlumat yayıb.

"Sevinc xanım Kərimova... Əfsanəvi "Karvan" qrupunun, "Bakı Payızı" müsabiqəsinin yaradıcılardan biri, bəstəkar Mikayıl Vəkilovun həyat yoldaşı, silahdaşı... Nə qədər enerjili, təşəbbüskar, innovativ bir xanım idi.. Nə yaxşı ki, onu tanıdım, nə yaxşı ki, onun layihəsində iştirak edə bildim. Təəssüf ki, son aylarda xəstə olduğunu çox gec bildim. Bu gün isə dünyasını dəyişdi. Allah rəhmət eləsin” deyə, Leyla Quliyeva yazıb.Sevinc Kərimova ailəsi ilə birlikdə Amerikada yaşayırdı.

Qeyd edək ki, Sevinc Kərimova bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə"Tərəqqi" medalı ilə təltif olunub.

Onu da bildirək ki, mərhumun anım mərasimi sabah - yanvarın 8-də  saat 11:00-da Şüvəlan qəsəbəsi, Hacı Məmmədov küçəsi, 8 ünvanda keçiriləcək.

 


SON XƏBƏRLƏR

08 Yanvar 2026