• Bakı C

    5.76 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.2154

79 yaşlı QHT sədri faciəli şəkildə öldü 

CƏMİYYƏT

06 Fevral 2026 | 17:16

79 yaşlı QHT sədri faciəli şəkildə öldü 

Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az Unikal-a istinadən xəbər verir ki, Masallı Ziyalıları İctimai Birliyinin sədri 79 yaşlı Qardaş Fətullayev avtomobil qəzasına düşüb.

Hadisədən sonra xəstəxanaya çatdırılsada, həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsil aldıqdan sonra müəllim kimi fəaliyyətə başlamış, Masallı Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə təyin edilmişdir. 9 il bu vəzifədə işləyib. Daha sonra 14 il ərzində Masallı Rayon XDS-də sədr müavini, Məişət Xidməti Kombinatının rəisi, yerli istehsal Kombinatının direktoru vəzifələrində çalışıb. Hazırda Masallı ziyalıları İB-nin sədri, YAP Masallı Rayon Təşkilatının, rayon Ağsaqqalar şurasının, rayon təhsil işçiləri həmkarlar komitəsinin Şura üzvü idi.


SON XƏBƏRLƏR