Salyan rayon bazarında çəkildiyi iddia olunan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bakıvaxtı.az Musavat.az-a istinadla xəbər verir ki, yayılan videoda bazarda meyvə satan şəxsin almanı daha parlaq göstərmək məqsədilə ona tüpürərək sildiyi görünür. Kadrlarda satıcının almanı tüpürcək vasitəsilə təmizlədikdən sonra yenidən satış üçün piştaxtaya qoyduğu əks olunur.
Sözügedən görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin tənqid olunub. Bir çox istifadəçi bu cür davranışın həm gigiyena qaydalarına zidd olduğunu, həm də alıcıların sağlamlığı üçün risk yaratdığını qeyd edib.
Hadisənin hansı tarixdə çəkildiyi və satıcının kimliyi ilə bağlı hələlik məlumat verilməyib.
Bakı 




