• Bakı 13° C

    9.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Mingəçevirdə hərbçinin meyiti aşkarlandı

CƏMİYYƏT

08 Mart 2026 | 13:25 | Müəllif: Zeynəb Rzayeva

Mingəçevirdə hərbçinin meyiti aşkarlandı

Mingəçevirdə mənzildə kişi meyiti aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Energetiklər yaşayış massivində yerləşən binalardan birinin mənzilində baş verib. Əslən Naxçıvandan olduğu bildirilən və şəhərdəki N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət keçən (MAXE) gənc hərbçinin meyiti kirayədə yaşadığı mənzildə aşkar edilib.

Məlumata görə, meyit binanın 4-cü mərtəbəsində yerləşən mənzildə tapılıb. İlkin baxış zamanı üzərində hər hansı zorakılıq əlaməti müəyyən olunmayıb.

Meyitin kimə məxsus olduğu və ölümün səbəbləri araşdırılır.

Faktla bağlı araşdırma aparılır. (Unikal)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR