• Bakı C

    5.76 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.2154

Kanada Ukraynaya hərbi yardım edəcək

CƏMİYYƏT

06 Fevral 2026 | 17:08

Kanada Ukraynaya hərbi yardım edəcək

Kanada və Ukrayna Kiyevə AIM hava hücumundan müdafiə raketlərinin təhvil verilməsi barədə razılığa gəliblər. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. 

Qeyd edilib ki, iki ölkənin müvafiq nazirliklərinin rəhbərləri Mixail Fedorov və Devid MakQinti arasında danışıqlar baş tutub.

"Kanada hava hücumundan müdafiə və əks-kruiz raketlərini gücləndirmək üçün Ukraynaya AIM raketləri verəcək. Silahlar artıq Ukraynaya təhvil verilmə prosesindədir", - məlumatda qeyd edilib.

Nazirlik həmçinin qeyd edib ki, nazirlər həmçinin dronların istehsalı və Ukrayna hərbi qulluqçularının təlimi sahəsində əməkdaşlıq barədə razılaşmanı da müzakirə ediblər. Görüş videokonfrans vasitəsilə keçirilib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR