• Bakı C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.2154

Bu şəxslər yeni mənzillərlə təmin olunacaq
 

CƏMİYYƏT

06 Fevral 2026 | 21:54

Bu şəxslər yeni mənzillərlə təmin olunacaq 

Əlilliyi olan şəxslər və şəhid ailələri dövlətin sosial siyasətində prioritet kateqoriyalardan biri kimi xüsusi diqqət mərkəzində saxlanılır.

Bakıvaxtı.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Sabirabad rayonunda qeyd olunan kateqoriyadan olan şəxslərə yeni mənzillər veriləcək.

Proqram çərçivəsində əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Sabirabadda 10 ədəd üçotaqlı mənzilin verilməsi nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi qeyd olunan mənzillərin satın alınmasına isə 694,4 min manat vəsait xərcləyək.

Artıq qurum bununla bağlı Şahin Sərdar oğlu Quliyevlə müqavilə bağlayıb.


SON XƏBƏRLƏR