• Bakı C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

“Maraqlanıb ki, niyə gec gəlib, sonra bu hadisə olub” - VİDEO

CƏMİYYƏT

08 Mart 2026 | 18:53

“Maraqlanıb ki, niyə gec gəlib, sonra bu hadisə olub” - VİDEO

Ötən gün Samuxda ananın öz oğlu tərəfindən bıçaqlanmasının təfərrüatları məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə dünən səhər saatlarında rayonun Əhmədbəyli kəndində qeydə alınıb.

Belə ki, 46 yaşlı Elnurə Ələkbərova evə gec gələn 20 yaşlı oğlu Raul Ələkbərovla mübahisə edib. Mübahisə zəminində gənc oğlan anasına bıçaqla xəsarət yetirib. Qadın dərhal Gəncədəki özəl tibb müəssisələrindən birinə yerləşdirilib.

Qonşuların bildirdiyinə görə ailədə əvvəllər problem olmayıb:

“İşdir də, olub. Yaxşı qonşu, təmiz ailədirlər. Anadır, oğlunun niyə gec gəlməsi ilə maraqlanıb, sonra bu hadisə olub. Uşaq özü də gündəlik işlərdə çalışır”.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində şübhəli şəxs qısa müddətdə saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR