• Bakı 12° C

    7 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1523

Eşqi Bağırov yeni müdir müavinləri təyin etdi

CƏMİYYƏT

07 Aprel 2026 | 17:45

Eşqi Bağırov yeni müdir müavinləri təyin etdi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə yeni təyinatlar olub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) Bakıvaxtı.az-a verilən xəbərə görə, Agentliyin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə Fəttah Fəttayev və Turanə Məcidli BŞTİ-nin müdir müavini vəzifəsinə təyin ediliblər.

    Fəttah Fəttayev və Turanə Məcidli kollektivə təqdim edilib.

    Tədbirdə Eşqi Bağırov yeni təyinat münasibətilə müdir müavinlərini təbrik edib, paytaxtın təhsil həyatında baş verən yeniliklərdən danışıb.

    Yeni müdir müavinləri onlara göstərilən etimada görə minnətdarlıqlarını ifadə edib, üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəklərini söyləyiblər.

    Qeyd edək ki, bu təyinata qədər Fəttah Fəttayev Bakı şəhəri 214 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, Turanə Məcidli isə BŞTİ-nin Ümumi təhsilin təşkili sektorunun müdiri vəzifəsində çalışıblar.


    SON XƏBƏRLƏR