• Bakı 12° C

    3.65 m/s

  • USD - 1.7

    EUR - 2.0004

    RUB - 2.232

Daha bir ölkənin səfiri və səfirlik əməkdaşları Azərbaycana təxliyə olundu

CƏMİYYƏT

08 Mart 2026 | 19:22

Daha bir ölkənin səfiri və səfirlik əməkdaşları Azərbaycana təxliyə olundu

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.

Bakıvaxtı.az xəbər verir ki, Macarıstanın İrandakı səfiri və səfirliyin bir neçə əməkdaşı “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə olunaraq Azərbaycan ərazisinə daxil olublar.

Təxliyə olunan şəxslər sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar.

İrandan diplomatik nümayəndəliklərin və xarici vətəndaşların təxliyəsi mərhələli şəkildə davam etdirilir.


SON XƏBƏRLƏR

14 Aprel 2026