• Bakı 18° C

    0.13 m/s

Sumqayıtda azyaşlı belə xilas edildi - VİDEO

CƏMİYYƏT

08 Mart 2026 | 18:07 | Müəllif: Subhan Mahmudov

Sumqayıtda azyaşlı belə xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq evdə yatmış vəziyyətdə aşkarlanmış 2016-cı il təvəllüdlü uşağı valideynlərinə təhvil veriblər.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR