• Bakı 11° C

    10.39 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Sənədsiz ev sahiblərinin NƏZƏRİNƏ

CƏMİYYƏT

08 Yanvar 2026 | 09:54

Sənədsiz ev sahiblərinin NƏZƏRİNƏ

Məlum olduğu kimi, Azərbaycanda 2026-cı il - "Şəhərsalma və Memarlıq ili” elan olunub.

Bu da o deməkdir ki, bu il şəhərsalma sahəsində mühüm və yaddaqalan addımlar atılacaq. Xüsusilə də, ölkənin daşınmaz əmlak bazarında canlanma gözlənilir.

Bəs "Şəhərsalma və Memarlıq ili"ndə sənədsiz evlərə amnistisiya tətbiq edilə bilərmi?

Bakıvaxtı.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, belə bir ehtimalın olduğunu bildirib:

“Son illərdə bu məsələ ətrafında kifayət qədər müzakirələr aparılır. Hesab edirəm ki, “əmlak amnistiyası”nın verilməsinə ötən il daha yaxın idik. Olmadı...

Amma düşünmürəm ki, bu istiqamətdə imkanlar tükənib. Təbii ki, hökumət də bu problemin həllində maraqlıdır. Görünən odur ki, problemin həlli istiqamətində hökumət tərəfindən qanunauyğun yollar axtarılır, araşdırılır. Hələ ki, optimal həll yolu tapılmayıb.

Düşünürəm ki, bu il sənədsiz evlər probleminin həlli üçün uğurlu bir il olacaq. Nəzərə alaq ki, bu problemin həlli vətəndaşlarla yanaşı dövlətin də maraqlarına xidmət edir. Çünki qeyri-rəsmi alqı-satqıdan, dövriyyədən dövlət kənarda qalıb. Bununla da dövlət hər il milyonlarla manat vəsait itirir. İnanıram ki, "Şəhərsalma və Memarlıq ili"ndə sənədsiz evlərlə bağlı problem öz həllini tapacaq”.

Qeyd edək ki, təkcə Abşeron yarımadasında sənədsiz evlərin sayının 500 mindən çox olduğu ehtimal edilir.


SON XƏBƏRLƏR

08 Yanvar 2026