Xaçmaz Peşə Məktəbinin sabiq direktoru Nəzər Şahbazov vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, Nəzər Şahbazov 1954-cü ildə Xaçmaz rayonunun Həsənqala kəndində anadan olub. Uzun illər rəhbər vəzifələrdə çalışan Nəzər Şahbazov peşə təhsili və sənaye sahəsində fəaliyyəti ilə tanınıb. Onun oğlu Fuad Şahbazov hazırda Xaçmaz Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsini icra edir.
Qeyd edək ki, Nəzər Şahbazov Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun qayınatasıdır.
Bakı 





