Yanvarın 8-də saat 04:00 radələrində Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2-si azyaşlı olmaqla 4 nəfər (3-ü kişi, 1-i qadın) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin səthi sıyrıqları diaqnozu təyin edilib.
"Xəsarət alanların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda qeyd olunur.
Aynur Babazadə
Bakı 




