• Bakı 17° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

III MDB Oyunları çərçivəsində avtobuslarla 22 000-ə yaxın sərnişin daşınıb

CƏMİYYƏT

10 Oktyabr 2025 | 14:55

III MDB Oyunları çərçivəsində avtobuslarla 22 000-ə yaxın sərnişin daşınıb

Azərbaycanda keçirilmiş III MDB Oyunları çərçivəsində avtobuslarla 22000-ə yaxın idmançı və nümayəndə heyətinin üzvü daşınıb.

Bu barədə Bakıvaxtı.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilib ki, 24 sentyabr – 9 oktyabr tarixlərində 189 reys həyata keçirilib, 4 056 idmançı və nümayəndə heyəti üzvünün aeroportlardan oyunların keçirildiyi şəhərlərə, o cümlədən əks istiqamətdə daşınması təmin olunub.

Qeyd edək ki, ölkəmizə gələn qonaqların həm Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanından, həm də Gəncə Beynəlxalq Hava Limanından oyunların keçirildiyi şəhərlərə daşınması üçün 40 avtobus cəlb edilib.

Həmçinin tədbirlərin keçiriləcəyi şəhərlər üzrə iştirakçıların yarış və digər məkanlar arasında daşınması üçün 93 avtobus ayrılıb. Yarışların keçirildiyi günlərdə həmin avtobuslarla şəhərdaxili daşımalarda 4055 reys həyata keçirilib, 17 792 idmançı və nümayəndə heyətinin üzvü tədbirlərin keçirildiyi məkanlara rahat və təhlükəsiz şəkildə çatdirılıb.

Xatırladaq ki, III MDB Oyunları ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Agentliyin əməkdaşları Oyunların Təşkilat Komitəsi ilə birgə tədbirlərin keçirildiyi şəhərlərə tam heyətlə cəlb olunublar.


SON XƏBƏRLƏR