• Bakı 17° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

“Cəfər Cabbarlı” və “Xətai” stansiyaları arasında interval azaldılacaq

CƏMİYYƏT

10 Oktyabr 2025 | 15:14

“Cəfər Cabbarlı” və “Xətai” stansiyaları arasında interval azaldılacaq

Bakı metrosunda daha bir sahədə qatarların hərəkət intervalı azaldılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu APA-ya açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Hərəkət Xidmətinin rəisi Anar Zamanov deyib.

O qeyd edib ki, daha öncə metronun “Cəfər Cabbarlı” və “Xətai” stansiyaları arasında pik saatlarda qatarların hərəkət intervalı azaldılıb:

    “Amma sahənin monitorinqi aparılır və əlavə texniki imkanlar nəzərdən keçirilir. Oradakı intervalı daha da optimalıaşdırmaq üçün addımlar atmaq üzərində işlər gedir. Həmin sahədə pik saatlarda intervalı 10 dəqiqəyə endirmişik. Amma bunun daha aşağı endirilməsi üçün tədbirlər görürük”.


    SON XƏBƏRLƏR